Gizlilik siyasəti

Son yenilənmə: 14 noyabr 2026

Bu səhifə Learn with Fili saytının hansı məlumatları topladığını, onlardan necə istifadə etdiyini və necə qoruduğunu izah edir. Saytımız uşaqlar üçündür, ona görə də mümkün qədər az məlumat toplayırıq.

  1. 1Hansı məlumatları toplayırıq?

    Hesab yaradanda: istifadəçi adı, ad, sinif və istəyə bağlı olaraq valideynin email ünvanı. Şifrə şifrələnmiş şəkildə saxlanılır və onu heç kim oxuya bilmir.

    Saytdan istifadə edəndə: yadda saxladığın, bəyəndiyin və oxuduğun məqalələrin siyahısı. Bu siyahılar yalnız sənə görünür.

    Anonim statistika: hansı səhifənin neçə dəfə açıldığını sayırıq. Bu saylar heç kimə bağlı deyil — ad, IP ünvanı və ya cihaz məlumatı saxlanılmır.

  2. 2Məlumatlardan necə istifadə edirik?

    Yalnız saytın işləməsi üçün: səni hesabına daxil etmək, sinfinə uyğun məqalələr göstərmək və siyahılarını saxlamaq. Valideyn emailindən yalnız şifrəni bərpa etmək və hesabla bağlı vacib xəbərlər üçün istifadə edirik. Reklam göstərmirik və məlumatları heç kimə satmırıq.

    Liderlər siyahısı: ən çox ulduz toplayan oxucuların yalnız adı və sinfi saytda hamıya görünür. İstifadəçi adı, email və başqa məlumatlar göstərilmir. Siyahıda görünmək istəmirsənsə, «Mənim səhifəm → Redaktə et» bölməsində söndürə bilərsən.

  3. 3Kukilər (cookies) və brauzer yaddaşı

    Hesabına daxil olanda brauzerində kiçik giriş faylı (cookie) saxlanılır ki, hər dəfə şifrəni yazmayasan. Hesabsız istifadə edəndə yadda saxladığın məqalələr yalnız sənin brauzerində qalır. Reklam və izləmə kukilərindən istifadə etmirik.

  4. 4Məlumatlar harada saxlanılır?

    Sayt Vercel serverlərində işləyir, məlumatlar isə Supabase verilənlər bazasında, Avropa İttifaqında (Frankfurt, Almaniya) saxlanılır. Bu xidmətlər məlumatları yalnız bizim adımıza saxlayır.

    Ana səhifədəki YouTube videolarının şəkilləri YouTube-dan yüklənir. Videoya basanda YouTube saytı açılır və orada YouTube-un öz qaydaları keçərlidir. Məqalələrdəki videolar da YouTube-dan göstərilir — video yalnız sən onu işə salanda yüklənir.

  5. 5Məlumatlarını necə qoruyuruq?

    Saytla bütün əlaqə şifrələnmiş (https) bağlantı ilə gedir. Hər istifadəçi yalnız öz məlumatlarını görə bilir. İdarəetmə panelinə yalnız saytın sahibi daxil ola bilər.

  6. 6Sənin hüquqların

    Profil səhifəndə adını, sinfini və valideyn emailini istənilən vaxt dəyişə bilərsən. Məlumatlarının surətini almaq və ya hesabını tamamilə silmək istəsən, info@fili.az ünvanına yaz — 30 gün ərzində yerinə yetirəcəyik.

  7. 7Valideynlər üçün

    Saytımız uşaqlar üçündür. Kiçik uşaqların hesabı valideynin razılığı və köməyi ilə yaradılmalıdır. Övladınızın hesabı ilə bağlı sualınız varsa və ya hesabın silinməsini istəyirsinizsə, info@fili.az ünvanına yazın.

  8. 8Dəyişikliklər

    Bu siyasəti yeniləsək, səhifənin yuxarısındakı tarixi dəyişəcəyik. Vacib dəyişiklikləri saytda da elan edəcəyik.

Bizimlə əlaqə

Sualın, təklifin var və ya məqalədə səhv tapmısan? Bizə email göndər və ya sosial şəbəkələrdə yaz — @LearnwithFili.